
26.05.10
ELAN
-“5”
müsabiqəsi
“Ritm Production”
Kino
Şirkətinin fəaliyyətinin 5 illiyi
münasibətilə tələbə və gənclər arasında 5
dəqiqəlik film ssenariləri müsabiqəsi elan olunur.
Ən yaxşı 5 ssenari Şirkətin daxili
imkanları hesabına
ekranlaşdırılacaq.
Ətraflı 

21.05.10
Böyük
Azərbaycan premyerası
Mayın 20-də Heydər Əliyev Sarayında Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə “Ritm production”da
istehsal olunan “40-cı qapı” bədii filminin böyük
Azərbaycan premyerası keçirilib.
Ətraflı 

29.03.10
“40-cı qapı” filminin rejissoru Elçin Musaoğlu Federiko Fellini adına mükafatla təltif olundu
“Ritm production” kino şirkətinin direktoru Xaqani Həşimovun verdiyi məlumata görə 18-26 mart 2010-cu ildə ABŞ-ın Beynəlxalq Tiburon Film festivalının əsas bölməsində müsabiqədə “40-cı qapı” filmi də iştirak edib. Nəticələr 26 martda açıqlanıb. Filmin rejissoru Elçin Musaoğlu məşhur İtaliya kino rejissoru Federiko Fellini adına mükafata layiq görülüb.
Ətraflı

26.03.10
Prezident Nison
Stiven Spilberqin “Avraam Linkoln” filminin çəkilişlərini gözləməkdən yorulan Liam Nison başqa amerikalı prezidentin – Lindon Consonun rolunu oynamağa razılıq verib. Nison Li Denielsin rejissorluq etdiyi “Selma” siyasi dramında Consonun rolunu ifa edəcək.
Ətraflı 

25.03.10
Penelopa, dəniz quldurunun qızı
İyun ayında “Karib Dənizinin Quldurları 4” filminin çəkilişləri başlayacaq. Filmdə Penelopa Krus İngiltərənin əfsanəvi dəniz quldurunun – Qara Saqqallının qızı obrazını yaradacaq. Şən və cəsarətli ispan gözəli kapitan Ceklə eşq macərası yaşayacaq.
Ətraflı 

25.03.10
“40-CI QAPI” NOVOSİBİRSKDƏ NÜMAYİŞ OLUNUB
Novruz bayramı münasibətilə keçirilən tədbirdə orada yaşayan azərbaycanlılarla bərabər yerli sakinlər də iştirak ediblər. Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən H.Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun prezidenti Mirtağı Seyidovun təşəbbüsü ilə Novruz bayramı münasibətilə “40-cı qapı” bədii filminin nümayişi keçirilib. Ətraflı 

07.09.09
“Ritm prodakşn” şirkətinin direktoru Xaqani
Həşimovun verdiyi məlumata görə 27 avqust – 3
sentyabr tarixində Moskva şəhərində
Kinematoqrafçılar İttifaqlaqrı Konfederasiyasının
iştirakı ilə Rusiya Federasiyasının Mədəniyyət
Nazirliyi, Moskva şəhəri Mədəniyyət Departamenti,
”Moskovskiy komsomolets” qəzeti redaksiyası və
“Kinoproses” Prodüser Mərkəzinin təşkilatçılığı ilə
“Moskovskaya premyera” adlı yeddinci kinofestival
keçirilmişdir. Ətraflı 
18.07.09
“Ritm prodakşn”da
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə çəkilən “40-cı qapı” bədii
filmi 44 cü Beynəlxalq Karlovı Varı Film
Festivalında iştirak etmişdir. Ətraflı 
06.07.09
“Ay tutulması” filminin çəkilişlərinə avqust ayında
başlanacaq
Rejissor Devid Sleyd “Ay tutulması” (“The Twilight
Saga's Eclipse”) filminin çəkilişlərinə 17 avqust
tarixində başlayacaq. Film “Alaqaranlıq”
(“Twilight”) filminin III hissəsidir. Ətraflı 
06.07.09
XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının
vaxtı dəqiqləşdirilib
Bu ilin sentyabrında Azərbaycanda XI “Şərq-Qərb”
Bakı Beynəlxalq Kinofestivalı keçiriləcək. XI
“Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı 18-25
sentyabr tarixlərində keçiriləcək. Ətraflı 
30.06.09
“Saturn Award”ın qalibləri açıqlandı
35-ci Saturn mükafatının təqdimetmə mərasimi
keçirilib. Qeyd edək ki, mükafat fantastik və dəhşət
janrında çəkilmiş filmlərə təqdim edilir. Amma bəzən
bu janra aid olmayan filmlər də mükafat ala
bilirlər.
Ətraflı 
30.06.09
Amerika Kino Akademiyası “Oskar” mükafatı
nominantlarının sayını artırıb
Amerika Kino Akademiyası ən yaxşı film uğrunda
“Oskar” mükafatının nominantlarının sayını artırmağa
qərar verib. Ətraflı 
27.06.09
Den Bredli özünü rejissor kimi sınayacaq
Toni Qilroy soyuq müharibə dövründən bəhs edəcək
“Red Dawn” filminin remeyki üçün ssenari yazmağa dəvət alıb.
Filmə Den Bredli rejissorluq edəcək. Ətraflı 

27.06.09
Con Qrişemin romanı ekranlaşdırılacaq
Con Qrişemin”Vəsiyyət” (The Testament )romanı
ekranlaşdırılacaq. Filmə Mark Conson və Hant Louri
prodüserlik edəcək. Film 821 Entertainment Group
kompaniyasında istehsal ediləcək.
Ətraflı 
22.06.09
Səttar Bəhlulzadə haqqında film çəkilir
Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin
anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq
“Sonuncu dərviş” adlı film çəkilir. Rəssamın
uşaqlıq, gənclik və ahıl dövrlərinin lentə alındığı
filmdə onun indiyədək heç yerdə sərgilənməyən və
Moskvada saxlanılan 200-ə yaxın əsəri tamaşaçılara
göstəriləcək. Ətraflı 